Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 2 iyun tarixində “Liv Bona Dea Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
“Qarabağ” Xankəndidə keçirilən tarixi oyunda Nəriman Axundzadənin qolu ilə MOİK-i məğlub etdi - YENİLƏNİB/VİDEO
"Qarabağ" matça əlavə olunmuş 5-ci dəqiqədə Nəriman Axundzadə ilə qol vuraraq Azərbaycan Kubokunda MOİK-i 1:0 məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb...