Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq
21
apr
2026
09:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Kubokunda bu gün ilk finalçı müəyyənləşəcək.
BAKU.WS xəbər verir ki, yarımfinalın cavab oyununda "Turan Tovuz" "Zirə"nin qonağı olacaq.
Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. Görüşün baş hakimi Əli Əliyev olacaq.
İlk görüşdə "Zirə" iki cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...