Güləşçilərimiz Tokioda məşqlərə başladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandası Yaponiyanın paytaxtı Tokioda məşqlərə başlayıb.
BAKU.WS federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi Atletlər Kəndində güləş üçün ayrılmış zalda keçirilir. Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq ümumilikdə 7 pəhləvan məşqçilərin rəhbərliyi çalışır.
Qeyd edək ki, Azərbaycan güləşçiləri olimpiadada mübarizəyə avqustun 2-də başlayacaqlar. Həmin gün Rafiq Hüseynov (77 kq) və Elis Manalova (68 kq) xalça üzərinə çıxacaq. Ertəsi gün İslam Abbasov (87 kq), avqustun 5-də Turan Bayramov (74 kq), avqustun 6-da Hacı Əliyev (65 kq), Şərif Şərifov (97 kq) və Mariya Stadnik (50 kq) mübarizəyə qoşulacaq.
Oxşar xəbərlər
44 idmançımız Olimpiadada nə vaxt çıxış edəcək? - TARİXLƏR
Bu gün Bakı vaxtı ilə saat 15:00-da Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Sabahdan etibarən əsas yarışlara start veriləcək. BAKU.WS "oxu.a...