Azərbaycan güləşçisi Avropa çempionu olub
İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.
Ayxan Cavadov (60 kq) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.
Fəraim Mustafayev (67 kq) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
Seymur Qasımov (72 kq) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Elmin Əliyev (82 kq) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Oxşar xəbərlər
"Qəbələ" "Mingəçevir"i məğlub edərək Premyer Liqada yerini qoruyub
"Qəbələ" "Mingəçevir"i məğlub edərək Premyer Liqada yerini qoruyub. BAKU.WS xəbər verir ki, bölgə təmsilçiləri Azərbaycan Premyer Liqası uğrunda pley-off matçın...