Azərbaycan cüdoçusu dünya ikincisi oldu

Azərbaycan cüdoçusu dünya ikincisi oldu
İdman 99

İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Turan Bayramov gümüş medal qazanıb.

BAKU.WS Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan T.Bayramov (60 kq) final görüşündə Giorgi Sardalaşviliyə (Gürcüstan) məğlub olaraq gümüş medalla kifayətlənib.

Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər