Azərbaycan çövkən liqası keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ilin aprelində Azərbaycan çövkən liqası keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin tarixdə ölkə çempionatının təşkili planlaşdırılır: “Digər idman növlərində olduğu kimi, burada da yerli klublar liqada bir-birilərinə qarşı oynayacaqlar”.
Baş katib 2024-cü ildə beynəlxalq turnirin təşkilinin nəzərdə tutulduğunu sözlərinə əlavə edib: “Həmin turnirdə hazırkı klubların oyunçularından istifadə edərək, millinin tərkibini müəyyənləşdirəcəyik”.
Bəhruz Nəbiyev bu gün startı verilən çövkən üzrə sayca 10-cu Prezident Kubokunda isə 8 komandanın iki qrupda mübarizə apardığını sözlərinə əlavə edib: “Bu gün, dekabrın 17-də və 19-da qrup matçları keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Dekabrın 21-də yarımfinal oyunları olacaq. Ayın 23-də üçüncülük uğrunda görüş, ertəsi gün isə final qarşılaşması keçiriləcək”.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...