Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatını 8 (2 qızıl, 3 gümüş və 3 bürünc) medalla başa vurub.
BAKU.WS xəbər verir ki, komandamızın heyətində Xumar Cəfərli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməklə Budvada Azərbaycan himnini səsləndirib. Bu qızıl medal ölkəmiz üçün əlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançımız U-15 Avropa çempionatının qalibi adına yiyələnib.
Onun uğurunu Mehran Rəsulov (80 kq) da təkrarlayıb. Finalda Serqiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiq görülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü mükafatı olub. O, bunadək 2 dəfə bürünc medal əldə edib.
Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kq), Nurlan Müseyibli (66 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışıAzərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Yüksək Liqası: "Abşeron" və "DH Volley" kollektivləri qələbə qazanıb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş...