Azərbaycan birinciliyinin zona yarışları start götürür

Azərbaycan birinciliyinin zona yarışları start götürür
İdman 53

Sabah 2010-cu il və daha kiçik yaş qrupundan olan oğlan həndbolçular arasında Azərbaycan birinciliyinin zona yarışları start götürəcək.

BAKU.WS xəbər verir ki, turnir ölkənin müxtəlif regionlarından gələn yeniyetmə həndbolçuların iştirakı ilə keçiriləcək.

Zona yarışlarının ilk mərhələsi sabah Şəmkir Olimpiya Kompleksində baş tutacaq. Tədbirdə Qərb bölgəsini təmsil edən Gəncə, Göygöl, Mingəçevir, Qazax, Şəmkir və Tovuz komandaları mübarizə aparacaq.

Növbəti zona yarışı isə martın 26-da Cəlilabad Olimpiya Kompleksində keçiriləcək. Burada cənub bölgəsindən Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Neftçala və Yardımlı komandaları güclərini göstərəcəklər.

Reqlamentə əsasən, hər zona yarışında birinci və ikinci yerləri tutan komandalar final mərhələsinə vəsiqə qazanaraq Azərbaycan birinciliyində iştirak hüququ əldə edəcəklər.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı altında keçiriləcək zona yarışları ölkədə həndbolun inkişafı ilə yanaşı, yeniyetmələrin potensialını üzə çıxarmaq məqsədi daşıyır.

Oxşar xəbərlər

Türkiyə millisi Yunanıstanı məğlub edərək finala yüksəldi

Türkiyə millisi Yunanıstanı məğlub edərək finala yüksəldi

2025 Avropa Basketbol Çempionatının (EuroBasket 2025)  yarımfinal mərhələsində Türkiyə və Yunanıstan yığmaları qarşılaşıb.  BAKU.WS-in məlumatına görə, Türkiyə...

72 İdman 23:44 12 sentyabr 2025

Son xəbərlər