Azərbaycan Basketbol Liqası: "Xırdalan" dördüncü pilləyə yüksəlib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 17-ci turunun ikinci oyunu baş tutub.
Federasiyadan BAKU.WS-ə verilən məlumata görə, "Neftçi" və "Xırdalan" klublarının üz-üzə gəldiyi oyunun əsas vaxtı 89:89 hesabı ilə yekunlaşıb.
İki əlavə vaxtın olduğu oyunda daha yaxşı təsir bağışlayan "Xırdalan" Teyvion Körkun də 45 xalla tripl-dabl etməsi sayəsində rəqibi üzərində 114:109 hesablı qələbə qazanaraq, turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Ən məhsuldar basketbolçular "Neftçi"dən Di Angelo Stüart (35 xal, 5 asist ), "Xırdalan"dan Teyvion Körk (45 xal, 11 ribaund, 10 asist) olublar.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: "Neftçi" və "Sabah" çətin qələbə qazanıblar
Azərbaycan Basketbol Liqasında 9-cu turun həm açılış, həm də mərkəzi oyunu baş tutub. "Report"un məlumatına görə, "Sərhədçi" İdman Mərkəzində baş tutan günün il...