"Neftçi" Azərbaycan çempionatının əsas favoritini məğlub edib

Azərbaycan Basketbol Liqasında V turun iki oyunu baş tutub.
"Report" xəbər verir ki, günün ilk oyunu Cəlilabadda baş tutub.
Yerli komanda "Sumqayıt" ilə qarşılaşıb və 86:74 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "Cəlilabad"dan Camani Pirs (19 xal, 10 ribaund), "Sumqayıt"dan Smit Roderik (22 xal, 12 ribaund) olublar.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən günün ikinci oyununda isə çempionatın əsas favoritlərindən sayılan "Neftçi" və "Sabah" komandaları qarşılaşıblar. Bərabər mübarizə şəraitində davam edən turun mərkəzi oyununda "Neftçi" çempionatın əsas favoritinə 96:93 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Toraje Breyk (27 xal, 9 ribaund), "Sabah"dan Kivon Devenport (22 xal, 9 ribaund) olublar.
Qeyd edək ki, turun son oyunu ("Şəki" - "Xəzri") noyabrın 26-da baş tutacaq.
Oxşar xəbərlər
“Neftçi” klubu çempionatda ilk qələbəsini Cəlilabadda qazanıb
Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının II turunun oyunu baş tutub. Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb. Bild...
