Azərbaycan Basketbol Liqası: “Xırdalan” uzun fasilədən sonra qələbə qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Basketbol Liqasında (ABL) VII turun növbəti oyunları keçirilib.
“Report”un məlumatına görə, “Sərhədçi” İdman Mərkəzində baş tutan günün ilk oyununda iki debütant – “Xəzri” və “Sumqayıt” üz-üzə gəliblər.
Liderlər qrupunda qərarlaşan “Xəzri” rəqibi üzərində 95:85 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular “Xəzri”dən Cordan Perkins (19 xal, 12 asist, 11 ribaund), “Sumqayıt”dan isə Smit Roderik (19 xal, 8 ribaund) olublar.
Günün ikinci görüşündə yerli “Sərhədçi” ilə “Xırdalan” qarşılaşıblar. Rəqibini 79:57 hesabı ilə məğlub edən “Xırdalan” uzun fasilədən sonra qələbə qazanıb. “Sərhədçi”dən Cekson Rid (13 xal, 4 asist), “Xırdalan”dan isə Cakori Arçi (21 xal, 3 ribaund) ən məhsuldar basketbolçular olublar.
Oxşar xəbərlər
"Neftçi" Azərbaycan çempionatının əsas favoritini məğlub edib
Azərbaycan Basketbol Liqasında V turun iki oyunu baş tutub. "Report" xəbər verir ki, günün ilk oyunu Cəlilabadda baş tutub. Yerli komanda "Sumqayıt" ilə qarşıla...