Azərbaycan avarçəkəni Universiadada bürünc medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bir nəfərlik akademik avarçəkmə qayığında 2000 metr məsafədə yarışan idmançı üçüncü yeri tutub.
Təsnifat və yarımfinal mərhələlərini birinci yerdə başa vuraraq A finalında yarışmaq hüququna yiyələnən B.Nəsiri həlledici yürüşdə çempionluğu son anda əldən verib.
Qalib fotofinişlə müəyyən edilib.Eyni növdə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə isə B finalında üçüncü nəticə göstərib.
Oxşar xəbərlər
Avropa çempionatı: Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov bürünc medal qazanıb
Polşada keçirilən şahmatın blits növü üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qaza...