Azərbaycan avarçəkənləri Türkiyədə 1 qızıl və gümüş medal qazanıb

Azərbaycan avarçəkənləri Türkiyənin Adana şəhərində təşkil edilmiş kayak və kanoe üzrə "Bahar Kuboku" beynəlxalq yarışında 1 qızıl və gümüş medal qazanıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığmamızın aktivinə ilk medalı qadınlar arasında mübarizə aparan Tatyana Smilovenko yazdırıb. 1000 metr məsafəyə birnəfərlik kanoe qayığında yarışan Tatyana bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.
Oğlanların yarışında isə Hüseyn Səmədli birnəfərlik kanoe qayığında fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qalereya
Oxşar xəbərlər
Oskar Piastri Niderland Qran-prisinin qalibi oldu – Maks Ferstappen ikinci yerdə
"Formula 1" üzrə Niderland Qran-prisi başa çatıb və yarışı "Maklaren" komandasının pilotu Oskar Piastri qələbə ilə yekunlaşdırıb. Onun ardınca "Red Bull" komand...
