Azər Bağırov istefa verdi
25
may
2025
20:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kəpəz" futbol klubunun baş məşqçisi Azər Bağırov komandadan ayrılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, istefasını "Turan Tovuz"la oyunda alınan 0:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında açıqlayıb.
"Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi. Belə qərara gəldik ki, yollarımızı ayıraq. "Kəpəz" barədə geniş danışmaq istəmirəm. Mənim öz baxışlarım var", - deyə o bildirib.
Qeyd edək ki, "Kəpəz" 2024/2025 mövsümünü 32 xalla başa vuraraq Premyer Liqa cədvəlində 9-cu yerdə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...