Avropa Oyunları: Azərbaycan taekvondoçusunun rəqibi bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
Polşada keçirilən III Avropa Oyunlarının taekvondo yarışlarında son günün püşkü atılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, iyunun 26-da dayanq üzərinə çıxacaq Azərbaycan millisinin idmançısı Taleh Süleymanovun (87 kq) ilk rəqibləri bəlli olub.
O, 1/8 finalda yunanıstanlı Aleksander Baçmanla üz-üzə gələcək. Taekvondoçu mərhələ adlayacağı təqdirdə, İspaniya təmsilçisi Raul Qarsiyaya rəqib olacaq.
Qeyd edək ki, III Avropa Oyunlarında Azərbaycan taekvondo yığmasının aktivində hələlik 2 medal var. Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc mükafat qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın İslamiadadakı medallarının sayı 72-yə çatıb
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 72-yə yüksəlib. BAKU.WS...