Avropa Liqası: “Qarabağ” pley-offun ilk oyununda səfər qələbəsi qazanıb - YENİLƏNİB
“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya”nın qonağı olub.
“Stojitse” stadionunda baş tutan qarşılaşmaya sürətli başlayan Qurban Qurbanovun yetirmələri birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.
Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib. Meydan sahiblərinin heyətində son dəqiqələrdə qırmızı vərəqə alan David de Senna Bakıdakı cavab görüşünü buraxacaq.
Bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
***22:49
"Qarabağ" ikinci qolunu vurdu. Leandor Andrade 45-ci dəqiqədə fərqləndi - 2:0.
***22:45
Matçın 32-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Kevin Medina fərqlənib 1:0.
BAKU.WS xəbər verir ki, bu barədə "oxu.az" məlumat yayıb.
***22:12
Sloveniyada UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu “Olimpiya” - “Qarabağ” matçı başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "oxu.az" məlumat yayıb.
***21:06
Sloveniyada UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Olimpiya” və “Qarabağ”ın start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Olimpiya”: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik, 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas
Baş məşqçi: Joao Enrike
"Qarabağ": 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, “Stojitse”də oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...