Avropa çempionatı: Azərbaycanın 2 gimnastı finala vəsiqə qazandı
Ukraynanın paytaxtı Kiyevdə davam edən bədii gimnastika üzrə Avropa çempionatının ikinci günündə Azərbaycanın iki gimnastı Nərmin Bayramova və Alina Gözəlova təsnifat mərhələsini uğurla başa vurublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu dəfə gürz və lentlə hərəkətlərdə ustalıqlarını nümayiş etdirən yeniyetmə idmançılar finala vəsiqə qazanıblar. Bayramova 20.655 xal, Gözəlova isə 22.000 xal toplayıb.
Axşam seansında isə çöxnövçülük üzrə qrup hərəkətlərində komanda yarışları baş tutacaq. Azərbaycan yığmasının heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxacaqlar. İlk yarış günündən sonra ən yaxşı göstəriciyə (34.600 xal) imza atmış komanda cədvəldə ilk pilləni tutur.
Bu gün çoxnövçülük üzrə qrup və komanda yarışlarında ilk medallar sahibini tapacaq. Hazırda Azərbaycan millisi ümumi sıralamada 3-cüdür.
Qeyd edək ki, ötən gün Nərmin Bayramova və Alina Gözəlova müvafiq olaraq, ip və topla hərəkətlərdə finala çıxıb.
Oxşar xəbərlər
Avropa çempionatı: İki gimnastımız finala yüksəldi
Bu gün Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb. BAKU.WS report-a istinadən xəbər verir ki, yeniyetmələrin mübarizəsind...