Avropa çempionatı: İki gimnastımız finala yüksəldi
Bu gün Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, yeniyetmələrin mübarizəsində Azərbaycanın 2 gimnastı finala vəsiqə qazanıb.
İplə hərəkətlərdə Nərmin Bayramova, topla hərəkətlərdə Alina Gözəlova həlledici mərhələyə yüksəlib. Bayramova 19.150, Gözəlova isə 21.200 xalla ilk "8-liy"ə düşməyi bacarıb.
Axşam seansında çoxnövçülük üzrə komanda yarışları baş tutub. Azərbaycan yığmasının heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxıb. Günün ən yaxşı nəticəsinə imza atan komanda 34.600 xalla cədvəldə ilk pilləni tutub.
Oxşar xəbərlər
İki erməniyə qalib gələn Azərbaycan güləşçisi Avropa çempionu olub
Azərbaycan yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medal qazanıb. BAKU.WS-in məlumatına görə, 77 kq çəki dərəcəsində müba...