Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
27
apr
2024
16:54
Azərbaycanın daha 3 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında mübarizəyə qoşulub.
“Report” xəbər verir ki, yarışın son günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev 1/4 finala, Elcan Hacıyev yarımfinala qədər irəliləyib.
Yarımfinala adlayan digər idmançımız Zelim Kotsoyev isə 100 kq çəkidə bu uğura imza atıb.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olub.
Oxşar xəbərlər
“Böyük Dəbilqə”: Səkkiz mükafat qazanan Azərbaycan millisi medal sıralamasında birinci olub - YENİLƏNİB
Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə"ni 8 mükafatla başa vurublar. BAKU.WS Report-a istinadən xəbər verir ki, yarışın sonuncu günündə Murad Fət...