Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb
İdman 57

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

BAKU.WS xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mükafat uğrunda görüşdə macarıstanlı Daniel Zeqedi ilə qarşılaşıb.

Rəqibinə qalib gələn R.Məmmədəliyev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bununla da qitə çempionatında medal qazanan Azərbaycan cüdoçularının sayı ikiyə çatıb. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) Avropa üçüncüsü olub.

Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

Oxşar xəbərlər

FİFA AFFA-ya təşəkkür edib

FİFA AFFA-ya təşəkkür edib

"FİFA Series – 2026" beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FİFA AFFA-ya təşəkkürünü bildirib. BAKU.WS milli assosiasiyaya istinadən x...

57 İdman 07:56 31 mart 2026

Son xəbərlər