AVRO-2020: İsveçli hücumçu Avropa çempionatları tarixində ikinci ən sürətli qolu vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
İsveç yığmasının futbolçusu Emil Forsberq Avropa çempionatında yeni rekord müəyyənləşdirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu E qrupunun III turunda Polşa ilə matçda buna nail olub.
Qarşılaşma başlayandan 1 dəqiqə 22 saniyə sonra hesabı açan forvard çempionatlar tarixinin ən tez ikinci qoluna imza atıb. O, II turda fərqlənən danimarkalı Yussuf Poulsenin nəticəsini də geridə qoyub.
Qeyd edək ki, ən sürətli qolun müəllifi isə AVRO-2004-də Yunanıstanla qarşılaşmada 65-ci saniyədə fərqlənmiş Rusiya millisinin hücumçusu Dmitri Kiriçenkodur.
Oxşar xəbərlər
AVRO-2020: İsveç ilk qolla ilk qələbəsini qazandı
AVRO-2020-nin qrup mərhələsi davam edir. BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, qitə çempionatının 8-ci oyun gününə start verilib. E qrupunda II turun...