“Arsenal”ın hücumçusu Türkiyə nəhənginə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin “Trabzonspor” klubu İngiltərə "Arsenal"ından oyunçu transfer edir.
BAKU.WS xəbər verir ki, bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, 28 yaşlı forvard Nikolya Pepe “Trabzonspor”la anlaşıb.
Məlumata görə, futbolçu bu gün tibbi müayinədən keçdikdən sonra Super Liqa nəhəngi ilə qısa müddətli müqavilə imzalayacaq.
Qeyd edək ki, 2019-cu ildən “Arsenal”ın üzvü olan Pepe ötən mövsümü icarə əsasında Fransa Liqa 1 klubu “Nitsa”da çıxış edib və 28 oyunda səkkiz qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...