Arşavin canlı yayımda Geniçin boğazından yapışdı
Rusiyalı keçmiş futbolçu, hazırda televiziya eksperti Andrey Arşavin şərhçi və jurnalist Konstantin Qeniçlə mübahisə edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, mübahisənin predmeti Rusiya Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutan Moskva derbisi olub.
ÇSKA - "Spartak" oyunu "qırmızı-ağlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Arşavin canlı yayımda Qeniçin boğazından yapışıb
Qarşılaşma zamanı şiddətli qarşıdurma baş verib və sonda dava ilə nəticələnib. Arşavin və Qeniç məhz bu epizoda görə mübahisə ediblər. Bir anda Andrey Konstantinin üzərində Villian Roçanın Ruslan Litvinovun boğazından necə tutduğunu göstərmək istəyib. Həmin an sosial şəbəkələrdə yayılıb.
Qeyd etmək lazımdır ki, Arşavinlə Qeniç arasında dialoq münaqişəyə bənzəmirdi. Daha çox müzakirəyə bənzəyirdi. Geniç bu dialoqun tam versiyasını Telegram kanalında dərc edib.
Oxşar xəbərlər
Azərbaycan futzalında ağır İTKİ
Azərbaycan futzalında ağır itki baş verib. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, veteran futzalçı Nurəddin Eyniyev dünyasını dəyişib. Onun ü...