Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb

Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb
İdman 38

"Real Madrid"in formasını geyinən Arda Gülərin bazar dəyəri 100 milyon avroya yüksəlib. 21 yaşlı futbolçu bu göstəriciyə çatan ilk türk oyunçu olub.

BAKU.WS xəbər verir ki, gənc yaşında "Fənərbağça"dan "Real Madrid"ə transfer olunan Arda Gülər İspaniya klubundakı çıxışları ilə bazar dəyərini artırmağa davam edib. Son yenilənmədən sonra onun qiyməti 100 milyon avroya çatıb.

Bu göstərici Ardanı 100 milyon avro bazar dəyərinə sahib olan ilk türk futbolçu kimi tarixə salıb. Daha əvvəl heç bir Türkiyə futbolçusunun bazar dəyəri bu həddə yüksəlməyib.

"Real Madrid" və Türkiyə millisinin əsas oyunçularından birinə çevrilən Arda Gülərin yüksələn bazar dəyəri onun Avropa futbolundakı mövqeyinin də gücləndiyini göstərir. Milli futbolçunun 100 milyon avroluq qiyməti Türkiyə futbolunda indiyədək qeydə alınmayan göstərici hesab olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər