Ançelotti Mbappe ilə bağlı suala cavab verməkdən imtina etdi

Ançelotti Mbappe ilə bağlı suala cavab verməkdən imtina etdi
İdman 28

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Mançester Yunayted"lə yoldaşlıq oyunundan sonra PSJ-nin fransız hücumçusu Kilian Mbappenin İspaniya klubuna mümkün transferi ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Mbappe? Növbəti sual", - təcrübəli mütəxəssis deyib.

"Relovo" nəşrinin məlumatına görə, klublar transfer barədə razılığa gəlsələr də, Mbappe PSJ-dən Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçməkdən imtina edib.

Hücumçu "Real Madrid" ilə apardığı gizli danışıqların cəzası olaraq növbəti mövsümü PSJ-də ehtiyat oyunçular skamyasında keçirməyə razılaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər