Almaniya səfirliyi "Qarabağ"ı təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın Azərbaycandakı səfirliyi "Qarabağ" futbol klubunun "Ayntraxt Frankfurt" üzərində əldə etdiyi qələbə ilə bağlı paylaşım edib.
BAKU.WS-in məlumatına görə, təbrik səfirliyin rəsmi sosial şəbəkə hesabında yer alıb. Paylaşımda bildirilib ki, "Qarabağ"ın 3:2 hesablı qələbəsi Almaniya tərəfi tərəfindən məmnunluqla qarşılanıb.
Qeyd olunub ki, Almaniyanın Azərbaycandakı səfiri Horlemann və səfirliyin bir qrup əməkdaşı qarşılaşmanı birbaşa stadiondan izləyiblər. Onların sözlərinə görə, Tofiq Bəhramov adına Respublika Stadionunda hökm sürən xüsusi ab-hava oyunu daha da maraqlı edib və futbolsevərlər üçün unudulmaz axşam yaşanıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...