Aleks de Souzanın klub stadionunun qarşısındakı heykəli yığışdırıla bilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Fənərbaxça" futbol klubunun əfsanəvi futbolçularından olan Aleks de Souzanın klub stadionunun önündəki heykəli yığışdırıla bilər.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, klubun üzvlərindən Serkan Erg, qeyri-qanuni mərc saytı reklamları ilə gündəmə gələn Aleks de Souzanın heykəlinin yığışdırılması üçün yazılı müraciət edəcəyini açıqlayıb.
Erg "Yoğurtçu" parkının giriş hissəsində Aleks de Souza heykəlinin götürülməsini tələb edəcək.
Alex de Souza qeyri-qanuni mərc oyun şirkətinin reklamını paylaşdıqdan sonra "Fənərbağça"nın keçmiş futbolçusu Ümit Özat "Mən bunu etsəydim, fırıldaqçı deyəcəksiniz", - deyə bildirib.
Qeyd edək ki, Aleksin heykəlinin yerləşdiyi ərazidə "Fənərbaxça"nın daha iki əfsanəsi Can Bartu və Lefter Küçükandonyadisin heykəlləri də var. Aleksin heykəli azarkeşlərin öz təşkilatçılıqlarından sonra ucaldılıb.
Qalereya
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...