Afrikalı futbolçu Azərbaycandan getdi

Afrikalı futbolçu Azərbaycandan getdi
İdman 625
"Səbail" komandası futbolçusu Maudo Jarjue ilə yollarını ayırıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. 38 yaşlı mütəxəssis bildirib ki, qvineya-bisaulu müdafiəçi klubun müqaviləni yeniləmək barədə təklifinə müsbət cavab verməyib. Hacıyev deyib ki, Jarjue başqa bir komandaya keçəcəyini söyləyib: "Agenti ona başqa klub tapıb. "Səbail"lə müqaviləsi başa çatdığı üçün istədiyi yerə gedə bilər. Jarjueni növbəti mövsüm komandamızda görmək istəyirdik. Ona qalmağı təklif etmişdik". Qeyd edək ki, Maudo Jarjue 2017-ci ilin iyul ayında "Səbail"ə transfer olunub. Paytaxt klubu Premyer Liqada 2018/2019 mövsümünü 41 xalla üçüncü pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Neftçi" bu futbolçularla vidalaşacaq - SİYAHI

"Neftçi" bu futbolçularla vidalaşacaq - SİYAHI

"Neftçi" komandası üç futbolçusu ilə yollarını ayırıb. BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, flaqman müdafiəçilər Petru Raku, Məhəmməd Mirzəbəy...

827 İdman 22:05 15 may 2019

Son xəbərlər