Afrika Kubokunda finalçılar müəyyənləşdi - VİDEO
15
iyl
2019
09:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Afrika Millətlər Kubokunda yarımfinal oyunları keçirilib.BAKU.WS xəbər verir ki, Seneqal-Tunis matçının taleyi əlavə vaxtda müəyyənləşib.Dramatik keçən matçın əsas vaxtında komandalar hərəyə bir dəfə penalti zərbəsi qazansa da, dəqiq yerinə bilməyiblər.Əlavə vaxtda isə Tunisin avtoqolu sayəsində Seneqal 1:0 hesablı qələbə qazanıb və finala yüksəlib.Əlcəzair isə Nigeriyanı son saniyə qolu ilə məğlub edib. Matçın son saniyələrində hesab 1:1 olarkən Mahrezin qolu Əlcəzairə 2:1 hesablı qələbə qazandırıb.Beləliklə, 19 iyulda keçiriləcək finalda Əlcəzair Seneqalla qarşılaşacaq. İyulun 17-də isə Tunis Nigeriya ilə bürünc medal uğrunda matçda üz-üzə gələcək.Seneqal - Tunis - 1:0Qol: Bronn, 100-öz qapısına.Penaltini qaçırdı: 75 - Fercani Sassi (Tunis), 81 - Henri Saivet (Seneqal)Əlcəzair - Nigeriya - 2:1Qollar: Troost-Ekonq, 40-öz qapısına. Mahrez, 90+5 – İqalo, 73.
Oxşar xəbərlər
Tunis və Əlcəzair də yarımfinala yüksəldi - VİDEO
Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinin bütün iştirakçıları məlum olub.BAKU.WS xəbər verir ki, ¼ final mərhələsinin daha 2 oyunu keçirilib.Fildişi Sa...