AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib
AFFA prezidentiliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib.
BAKU.WS milli assosiasiyanın saytına istinadən xəbər verir ki, aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Qeyd olunmuş müddət başa çatıb.
AFFA prezidentliyinə namizəd
1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən
AFFA İcraiyyə Komitəsinə namizədlər
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən
Oxşar xəbərlər
Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib. “Report” xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, i...