AFFA "Neftçi" klubunu cərimələdi - MƏBLƏĞ
Misli Premyer Liqasının VII turunun "Neftçi" - "Sabah" oyununda azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Neftçi" komandası 5 000 manat cərimə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Həmçinin sözügedən görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün "Sabah" komandası 700 manat cəriməyə məruz qalıb.
Oktyabrın 9-da keçirilən "Araz-Naxçıvan" - "Kəpəz" matçında hesab tablosu işləmədiyinə görə "Araz-Naxçıvan" komandası 2 000 manat cərimələnib.
Oktyabrın 11-də gerçəkləşən "İmişli" - "Qarabağ" oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə "İmişli" klubu 2 500 manat cərimə edilib.
Oxşar xəbərlər
"Sabah" bu gün Çempionlar Liqasında "Slaviya Praqa" ilə qarşılaşacaq
"Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununa çıxacaq. BAKU.WS xəbər verir ki, təmsilçimiz II tur çərçivəsində Çexiyanın "Slaviya Praqa" k...