AFFA "Dinamo"nun futbolçusu Ülvi Babayevi milliləşdirməyi planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA ölkə xaricində çıxış edən daha bir azərbaycanlını milliyə cəlb etməyi planlaşdırır.
BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, uzun müddətdir federasiyanın diqqət mərkəzində olan Ülvi Babayev hazırda milliləşdirilməsi istənilən əsas oyunçulardandır.
Daha əvvəl bəzi futbolçulardan müsbət cavab almayan federasiya Ü.Babayevi milliləşdirmək istəyir.
21 yaşlı sol cinah yarımmüdafiəçisi müqavilə ilə "Dinamo" (Moskva) klubuna məxsusdur. "Ximki" futbol klubunun akademiyasının yetirməsi olan Babayev sonradan "Dinamo"nun futbol akademiyasına keçib.
O, Moskva klubundan savayı "Krılya Sovetov"da da icarə əsasında çıxış edib.
Babayev həmçinin Rusiyanın U-15 və U-16 yığmalarında oynayıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...