AFFA Ayaz Quliyevin Azərbaycan vətəndaşlığını alması üçün müraciət edib

AFFA Ayaz Quliyevin Azərbaycan vətəndaşlığını alması üçün müraciət edib
İdman 2

AFFA “Sabah”ın yeni transferi Ayaz Quliyevin Azərbaycan vətəndaşlığını alması üçün aidiyyəti qurumlara müraciət edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib.

Qurum rəsmisi bununla bağlı dövlət qurumlarından cavab gözlədiklərini bildirib:

“Ayaz Quliyev özü Azərbaycan millisində oynamaq arzusu ilə bağlı AFFA-ya müraciət etmişdi.

Biz də baş məşqçinin istəyinə uyğun olaraq pasportun verilməsi üçün müraciətimizi ünvanlamışıq.

Müsbət cavab alandan sonra FİFA-ya da müraciət olunacaq. Hazırda FİFA proseduruna uyğun şəkildə işlər davam edir. Futbolçu pasport alsa belə, o demək deyil ki, dərhal milliyə çağırılacaq. Çünki FİFA-nın da razılığı olmalıdır”.

Qeyd edək ki, Ayaz Quliyev “Sabah”a bir neçə gün əvvəl Rusiyanın “Ximki” klubundan keçib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər