Aprelin 9-da Premyer Liqanın XXIX turu çərçivəsində "İnter" - AZAL görüşü keçirilib.

BAKU.WS xəbər verir ki, "İnter Arena"da keçirilən görüşdən əvvəl futbolçular meydana əsgər formalarında olan uşaqlarla və "Şəhidlər ölməz, vətən bölünməz" pankardı ilə çıxıblar.

Oyundan öncə şəhidlər 1 dəqiqəlik sükutla yad edilib. Görüşdə yeganə qolu da şəhid oğlu vurub.

Belə ki, I Qarabağ müharibəsində şəhid olmuş Ərşad Nadirovun oğlu Vüqarın 64-cü dəqiqədə vurduğu qol "İnter"ə qələbə qazandırıb. Vüqar Nadirov qol sevincini əsgər salamı etməklə qeyd edib.
 
BAKU.WS