SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Premyer Liqasında III turun son təyinatları açıqlanıb.

BAKU.WS-in məlumatına görə, sabah baş tutacaq iki oyunun hakimləri bəlli olub.

“Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbisi FİFA hakimi Əliyar Ağayevə həvalə edilib. “Zirə” və “Sabah”ın matçında isə İnqilab Məmmədov fit çalacaq.

Azərbaycan Premyer Liqası

III tur

20 sentyabr (bazar)

18:00. “Zirə” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu

20:15. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Azersun Arena”

BAKU.WS