Daima soyunaraq kameralar qarşısına çıxmağı xoşlayan ABŞ atleti Lolo Cones bu dəfə mətbuat nümayəndələrinə açıqlamasında hər kəsi təəccübləndirib.

 

BAKU.WS-in məlumatına görə, tanınmış idmançı indiyə qədər heç bir kişi ilə cinsi əlaqədə olmadığını deyib. İdmançı əvvəllər bundan utansa da, indi bunu özünə fəxr bilir.


"Mən bakirəyəm. Bakirə olmaq Olimpiada oyunlarında, böyük yarışlarda uğur qazanmaqdan çətindir. Bəkarətimi qorumaq mənim üçün ən məsuliyyətli və çətin işdir. Bakirəliyimi yalnız evlənəcəyim şəxs üçün qoruyacağam”, - deyə Lolo Cones bildirib.

Qeyd edək ki, Lolo Cones London olimpiadasında və bir çox böyük yarışlarda ABŞ-ı təmsil edib. O, həmişə fotolarda soyunaraq şəkil çəkldirməklə tanınır.

Ziya Səccad
BAKU.WS