Azərbaycanlı futbolçulardan şəhidlərə sayğı duruşu (FOTO)

Azərbaycanlı futbolçulardan şəhidlərə sayğı duruşu (FOTO)
İdman 1213

Azərbaycan Topaz Premyer Liqasında bu gün keçirilən "Xəzər Lənkəran"-"Qarabağ" matçı duyğusal anlarla yadda qalıb.

BAKU.WS-in məlumatına görə, oyundan əvvəl "Xəzər Lənkəran"lı futbolçular əyinlərinə əsgər paltarları geyinərək Qarabağda şəhid olmuş 12 hərbçimizin xatirəsini yad ediblər.

Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə "Qarabağ"ın qələbəsilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində iki dəfə Mahir Mədətov, ev sahiblərindən isə bir dəfə Tural Qurbətov fərqlənib. 

AZAD Əliyev 

BAKU.WS

Azərbaycanlı futbolçulardan şəhidlərə sayğı duruşu (FOTO)

Son xəbərlər