Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir

Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
İdman 33

15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir.

AFFA-dan BAKU.WS-ə verilən məlumata görə, mundiala hazırlıq çərçivəsində 2011-ci il təvəllüdlü futbolçuların növbəti təlim-məşq toplanışı baş tutacaq.

Toplanış sentyabrın 8-9-da və 12-14-də Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək.

Hazırlıq prosesində futbolçuların seçimi davam etdiriləcək və dünya çempionatında iştirak edəcək yekun heyət müəyyənləşdiriləcək.

Toplanışa dəvət olunan 25 futbolçudan 14-ü dünya çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Bununla yanaşı, U-15 milli komandasında 2012-ci il təvəllüdlü futbolçular arasında da seleksiya prosesi davam etdirilir. Bu yaş qrupundan ibarət yığma oktyabrın 20-dən 26-dək Maltada keçiriləcək UEFA İnkişaf Turnirinə hazırlıq görür.

Milli komandanın təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı belədir:

Ad, Soyad Klub
Oqtay Mehrəliyev Qarabağ FK
Daniil Bayramari Qəbələ İK
Məhəmməd Ağamalıyev Qarabağ FK
Abbas Məmmədli Qarabağ FK
Asif Allahverdizadə Ulduz FA
Emil Quliyev Neftçi PFK
Teymur Quliyev Ulduz FA
Əkbər Nağıyev Neftçi PFK
Kənan Əzimov Neftçi PFK
Həsən Məhmədov Sabah FK
Murad Zeynallı Ulduz FA
Səbran Muradlı Qarabağ FK
Müşfiq Zamanov Ulduz FA
Xalid Soltanov Qəbələ İK
Ömər Allahverdiyev Turan Tovuz PFK
Səbuhi İbrahimli Ulduz FA
Yusif Əlizadə Ulduz FA
Həsən Ramazanov Sabah FK
Murad Məmmədzadə Sabah FK
Nihad Bəylərli Ulduz FA
Əli Hacıyev Sabah FK
Həsən Müşfiqzadə Qarabağ FK
Ramil İsmayıllı Karvan FK
Maksim Adamov Neftçi PFK
Amin Tağıyev Qarabağ FK

Qeyd edək ki, dünya çempionatı oktyabrın 22-dən 31-dək Bakıda keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər