"Hizbullah"ın məğlubiyyəti və İranın sükutu

Hizbullahın məğlubiyyəti və İranın sükutu
Video
Dünya 26

"Sentyabrın əvvəllərində İsrail Livanın cənubundakı Əli əl-Tahir yüksəkliklərinə operativ nəzarəti bərqərar etdiyini rəsmən bəyan edib.

İsrail tərəfinin məlumatına görə, əməliyyat bir neçə həftə davam edib və həm yerüstü mövqelər, həm də təpələrin altındakı tunel sistemi hədəfə alınıb".

BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"İsrailin müdafiə naziri İsrael Kats sentyabrın 4-də "Hizbullah" döyüşçülərinin tunellərdən çıxarıldığını bildirib. "Hizbullah"ın bu ağır məğlubiyyəti fonunda məsələnin əhəmiyyətini artıran əsas məqam onun İran üçün cari və strateji nəticəsidir. İran bundan əvvəl Əli əl-Tahirə hücum ediləcəyi halda ciddi cavab verəcəyi barədə ABŞ-yə xəbərdarlıq edib. "Reuters"in məlumatına görə, İran bu xəbərdarlığı Oman vasitəsilə ABŞ-yə çatdırıb və İsrailin mümkün hücumuna qarşı genişmiqyaslı cavab ehtimalını vurğulayıb. Lakin bir neçə gün keçsə də, Tehranın cavabından əsər-əlamət yoxdur. Əvəzində İranın rəsmi mediası yüksəkliyin İsrailin nəzarətinə keçməsini təkzib etməyə çalışır.

Məsələn, İran dövlət televiziyası bölgəyə ezam etdiyi müxbirinin dili ilə Əli əl-Tahirin işğal olunmadığını və mübarizənin dayanmadığını bildirib. SEPAH-a bağlı "Tasnim" agentliyi də hadisə yerindən reportajında Əli əl-Tahirdə müqavimətin davam etməsindən söz açıb və baş verənlərə görə Livan hökumətini ittiham edib. Halbuki hüccətül-islam Məhəmməd Mehdi Moslehi hələ sentyabrın 4-də özünün "X" səhifəsində hadisə zamanı Livanda olan tanınmış İran ruhanisi Həmidrza Məhdəvi Ərfənin məlumatını paylaşaraq yazıb: "Dünən gecə, təəssüf ki, Əli əl-Tahir süqut etdi. Əli əl-Tahirin süqutu İranda iki qrup insan üçün mühüm deyil: 1) Bu önəmli təpənin əhəmiyyətindən məlumatsız olan şəxslər; 2) Trampın danışıqlara qayıdacağına bəslədikləri boş ümidlərinə zərbə dəyməsin deyə əhalinin bu yüksəkliyin əhəmiyyətindən xəbərdar olmasını istəməyən kəslər". Daha sonra o, İran hakimiyyətinə müraciət edərək yazıb ki, əgər gec tərpənsəniz, Suriyanın təkrarlanacağına şübhə etməyin!", - deyə materialda bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər