Azərbaycanın 3 klubu bu ölkə təmsilçiləri ilə qarşılaşacaq

10
avq
2020
16:48
Azərbaycanı avrokuboklarda təmsil edəcək 3 klub Şimali Makedoniya təmsilçiləri ilə üzləşəcək.
BAKU.WS xəbər verir ki, Çempionlar Liqasında 2020/2021 mövsümündə çıxış edəcək "Qarabağ" sözügedən ölkənin "Sileks", Avropa Liqasında "Neftçi" "Şkupi", "Sumqayıt" isə "Şkendiya" təmsilçiləri ilə qarşılaşacaq.
Çempionatın bürünc mükafatçısı “Keşlə”yə isə Albaniyanın "Laçi” klubu rəqib olub. Bakılılar da qarşılaşmaya paytaxtda çıxacaq.
Qeyd edək ki, "Qarabağ"-"Sileks" matçı avqustun 18-də, Avropa Liqasının I təsnifat mərhələsinin qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.
Oxşar xəbərlər
Avropa Liqasında mübarizə aparacaq klublar müəyyənləşib
Avropa Liqasının 2020/21 mövsümündə I təsnifat mərhələsində çıxış edəcək 94 komandadan 53-ü bəllidir. BAKU.WS Apasport.az saytına istinadən xəbər verir ki, yarı...
