Avropa Liqasında mübarizə aparacaq klublar müəyyənləşib
Avropa Liqasının 2020/21 mövsümündə I təsnifat mərhələsində çıxış edəcək 94 komandadan 53-ü bəllidir.
BAKU.WS Apasport.az saytına istinadən xəbər verir ki, yarışa bu raunddan qoşulacaq komandalardan üçü Azərbaycan təmsilçiləri olacaq.
Premyer Liqanın gümüş mükafatçısı “Neftçi”, bürünc medalçı “Keşlə” və 4-cü yeri tutan “Sumqayıt” ikinci dərəcəli qitə klub turnirində qüvvəsini sınayacaq. Mübarizəyə I təsnifat mərhələsindən başlayan 86 komanda və ilkin mərhələsinin 8 cütü püşk zamanı iki səbətə bölünəcək.
Bu, UEFA reytinqinə əsasən gerçəkləşəcək. Azərbaycan komandaları eyni əmsala malikdir. Təmsilçilərimizin reytinqi 3,750-dir.
Onlar hazırda 53 komanda arasında 25-28-ci yerləri bölüşən dörd klub sırasındadır. Bu üzdən onların hansı səbətdə yer alacağı dəqiqləşməyib. 53 iştirakçıdan yalnız ilk altısı səpələnmiş, son altısı səpələnməmişlərdən olacağını təmin edib. Təmsilçisi bəlli olmayan ölkə klublarının əmsallarını nəzərdən keçirsək, bizim komandalar böyük ehtimalla səpələnmişlərdən olacaq.
Qeyd edək ki, Avropa Liqasında yeni mövsüm avqustda başlayacaq.
Avropa Liqası, 2020/21 mövsümüI təsnifat mərhələsiSəpələnmişlərAPOEL (Kipr) – 27,500“Rusenborq” (Norveç) – 13,500“Apollon” (Kipr) – 12,500“Fehervar” (Macarıstan) – 10,500“Şkendiya” (Şimali Makedoniya) – 7,250TNS (Uels) – 7,000Qeyri-müəyyənlər“Dinamo” (Mn, Belarus) – 7,000“Zrinski” (Bosniya və Herseqovina) – 6,250“Kayrat” (Qazaxıstan) – 6,000“Jalgiris” (V, Litva) – 6,000“Motervell” (Şotlandiya) – 5,750“Vaduts” (Lixtenşteyn) – 5,500“Ventspils” (Latviya) – 5,250“Valletta” (Malta) – 5,250“Topola” (Serbiya) – 5,100“Nomme Kalyu” (Estoniya) – 5,000“Şaxtyor” (Belarus) – 4,750“Hammarbü” (İsveç) – 4,550“Hafnarfyordur” (İslandiya) – 4,500“Bode Qlimt” (Norveç) – 4,350“Riterlay” (Litva) – 4,250“Proqress” (Lüksemburq) – 4,250“Honved” (Macarıstan) – 4,000“Ordabası” (Qazaxıstan) – 3,850“Neftçi” (Azərbaycan) – 3,750“Keşlə” (Azərbaycan) – 3,750“Sumqayıt” (Azərbaycan) – 3,750“Şemrok Rovers” (İrlandiya) – 3,750“Hibernians” (Malta) – 3,250“Levadiya” (Estoniya) – 3,250“Saburtalo” (Gürcüstan) – 3,250“Jelezniçar” (Bosniya və Herseqovina) – 3,000“Petrokub” (Moldova) – 2,000“Differdanj” (Lüksemburq) – 1,600“Union” (Lüksemburq) – 1,600“Jalgiris” (K, Litva) – 1,575RFS (Latviya) – 1,525“Valmiera” (Latviya) – 1,525“Sileks” (Şimali Makedoniya) – 1,475“Renova” (Şimali Makedoniya) – 1,475“Sfantul” (Moldova) – 1,375“Borats” (Bosniya və Herseqovina) – 1,375“Bohemians” (İrlandiya) – 1,340“Derri” (İrlandiya) – 1,340“İlves” (Finlandiya) – 1,300“İnter” (Finlandiya) – 1,300“Honka” (Finlandiya) – 1,300Səpələnməmişlər“Breydablik” (İslandiya) – 1,250“Bala Taun” (Uels) – 1,250“Sirens” (Malta) – 1,150“Lokomotiv” (Gürcüstan) – 1,150“Dinamo” (Bt, Gürcüstan) – 1,150“Vikinqur” (İslandiya) – 1,075
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...