VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Avropa Liqasının play-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Young Boys" (İsveçrə) qarşılaşmasının biletləri artıq satışa çıxır.
 
BAKU.WS-in məlumatına görə, avqustun 27-si Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da baş tutacaq qarşılaşmanın biletlərini stadionunun kassalarından almaq mümkün olacaq.
 
Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 azn arasında dəyişir. Biletlər avqustun-25-i səhər 10:00-dan etibarən satışa çıxacaq. Qarşılaşmaya olan böyük maraq səbəbindən "işbaz"ların qeyri-leqal fəaliyyətinin qarşısını almaq üçün "Qarabağ" FK vətəndaşlardan biletləri sadəcə yeganə satış məntəqəsindən, Tofiq Bəhramov adına mərkəzi arenanın kassalarından holoqramlı bilet almağınızı xahiş edir.
 
Klubdam bildirilir ki, kassadan bilet almaqla həm qənaət edib, həm də qeyri-qanuni alverin qarşısını almaqla vətəndaş mövqeyini sərgiləmiş olacaqsız.
 
ŞAHİN Həbibov
BAKU.WS