VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dəfələrlə dünya və Avropa çempionu olmuş, peşəkar kikboksinq üzrə müxtəlif Qran-prilərin qalibi Zabit Səmədov öz Instagram hesabından yeni görüntülər paylaşıb. 
 
BAKU.WS-in məlumatına görə, hazırda Taylandda olan idmançı məşq zamanı çəkilən görüntüsünü paylaşıb. Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun şərəfinə "Axmat" adı verilmiş klubda çıxış edən həmyerlimiz yeni videosu ilə onu sevənlərin rəğbətini qazanıb. Zabit həmçinin pələnglə də şəkil çəkdirib.
 
Zabit Səmədov Gürcüstanda azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minskə köçüb. O, 9 yaşından idmanla məşğul olmağa başlayıb. Əvvəllər o, Əziz Dursunovun təlimi altında 6 ay karate ilə məşğul olub.
 
Sonra o, Muay-tay idman növü ilə məşğul olmağa başlayır. 1998-ci ildən etibarən o, Minskdə məşhur klub olan Chinuk GYM də idmanını davam etdirir. Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə Dünya və Avropa çempionu olub. Sonradan Zabit Səmədov peşəkar döyüşlərə üz tutub. 
 
Şahin Həbibov
BAKU.WS