VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

 

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb.


BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, ötən gün Çeçenistanın paytaxtı Qroznıda "Akhmat Fight Show" çərçivəsində rinqə çıxan Azərbaycan idmançısı bosniya və hersoqovinalı rəqibi Dzevad Poturakla üz-üzə gəlib.

Üçraundluq qarşılaşmadan sonra hər üç hakimin yekdil qərarı ilə Zabit qələbəni bayram edib.

Döyüşdən sonra Zabit fikirlərini bölüşüb: "Ətrafda dostlar, yerlilər və ən böyük azarkeş - dostum və qardaşım Ramzan Kadırov var. Mənə "Əhməd" klubunda çıxış etmək imkanı yaratdığı üçün Ramzan Kadırova minnətdarlığımı bildirirəm və öz qələbəmi Çeçen Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr edirəm", - deyə Zabit Səmədov söyləyib. 
 
BAKU.WS