SİZİN REKLAM BURADA!
055 213 76 73


2020-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarını tamamlayan Azərbaycan millisi müstəqillik tarixinin anti-rekordunu təkrarlayıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan yığması 8 oyunda cəmi (Xorvatiya ilə 1:1) 1 xal toplayıb.

Bu oyunlarda 10 qol vuran milli komandamız qapısında 19 top görüb.

Sonuncu dəfə 1996-cı il Avropa çempionatının seçmə mərhələsində 1 xal toplayan Azərbaycan millisi 23 il sonra anti-rekordunu təkrarlayıb. Nəzərə alsaq ki, 1994-1996-cı illərdə müharibə şəraitindən çıxmış ölkə olan Azərbaycan ilk dəfə seçmə mərhələdə iştirak edib, o zaman 1 xal toplamasını o qədər də fəlakət hesab etmək olmaz. Yəni, ona müxtəlif səbəblər gətirmək olar. Amma indi səbəb kimi deyiləcək bütün sözlər bəhanədən başqa bir şey deyil.

Müharibədən çıxmışıq? Yoxsa futbolçularımız gündüzlər bazarda kartof satıb, axşam futbol oynayır? Və ya maaşları azdır?

Yoxsa baş məşqçimiz...? Baş məşqçi demişkən, böyük ümidlərlə millimizə baş məşqçi təyin edilən xorvatiyalı Nikola Yurçeviç hazırkı əsərin baş müəllifidir deyə bilərik. Böyük ümid deyəndə sizi aldatmaq da istəmirəm. Çünki Yurçeviç Azərbaycana gələndə heç özü də bəlkə nəyəsə ümidli deyildi. Ümidli olduğu bir şey var idi ki, razılaşdığı 1 milyon avro maaşı alacaq.

Nəysə, camaatın pulu ilə nə işimiz var axı? Ayıbdı.

Bahalı maşınları ilə küçələrdə adam öldürənlər, sifarişli cinayət törədənlər, gənc yaşında “ulduzunu” parladıb, qısa zamanda hamıya “müəllim” kəsilib ağıl öyrədənlərin millidə nə işi var? Oynadığı klubda əsas heyətə düşməyənlər belə milli komandaya niyə çağırılırlar? Bu sualların cavabı bizi niyə maraqlandırmalıdır ki? Ayıbdı, heç kimə belə sual verməyək.

Elə həmişə bizə ayıb olsun. Ona görə ki, hər seçmə mərhələdə milli komandadan yüksək nəticə gözləmişik. Azərbaycanı lağ obyektinə çevirənlərə isə “molodes”.

Azərbaycan komandasının 1996-cı ildən bu günə qədər Avropa və dünya çempionatlarının seçmə mərhələlərində göstərdiyi nəticələri təqdim edirəm:

Çempionat

Qələbə

Bərabərlik

Topladığı xal

Top fərqi

1996 - AÇ

-

1

1 xal

2:29

1998 - DÇ

1

-

3 xal

3:22

2000 - AÇ

1

1

4 xal

6:26

2002 – DÇ

1

2

5 xal

4:17

2004 - AÇ

1

1

4 xal

5:20

2006 - DÇ

-

3

3 xal

1:21

2008 - AÇ

1

2

5 xal

6:28

2010 - DÇ

1

2

5 xal

4:14

2012 - AÇ

2

1

7 xal

10:26

2014 - DÇ

1

6

9 xal

7:11

2016 - AÇ

1

3

6 xal

7:18

2018 - DÇ

3

1

10 xal

10:19

2020 - AÇ

-

1

1 xal

5:18

Fərid ƏDALƏT

BAKU.WS