SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikalı qaydasız döyüşçü Toni Ferqyuson UFC-nin rusiyalı çempionu Həbib Nurmaqomedovla yenidən zarafat edib. 

BAKU.WS
xəbər verir ki, Ferqyuson "İnstagram" səhifəsinə yerləşdirdiyi videoda Nurmaqomedovun çoxlu şirniyyat yeməsinə eyham vurub.

Qeyd edək ki, qaydasız döyüşçülərin qarşılaşmasını dünya ictimaiyyəti maraqla gözləsə də, hələlik bu, baş verməyib.

2017-ci ildə keçirilməsi planlaşdırılan qarşılaşma rusiyalının artıq çəkidə olmasına görə təxirə salınmışdı.

İndi Ferqyuson Nurmaqomedova yemək mövzusunda psixoloji təzyiq göstərir. 

"Mən bunu əvvəl də demişdim, indi də təkrar edirəm. Çərşənbə axşamı tiramisu. Həbibin günüdür", - deyə Ferqyuson "İnstagram"da rusiyalıya söz atıb.
BAKU.WS
VİDEO