"Real"dan Neymara son təklif

20
avq
2019
21:25
"Real" PSJ-nin hücumçusu Neymarın transferindən imtina etməyib. "Kral klubu" fransızlarla yenidən danışığa başlayıb.BAKU.WS-in məlumatına görə, madridlilər Neymar üçün son təklifini edib. Onlar "sambaçı"nın keçidi müqabilində 165 milyon avro və 50 milyon avro dəyərində olan yarımmüdafiəçi Hames Rodrigesi qarşı tərəfə verməyə hazırdır.Əgər Paris klubu buna da "yox" cavabını versə, "Real" Neymarın transferindən imtina edəcək.Qeyd edək ki, Neymar "Real"ın əzəli rəqibi "Barselona"nın da maraq dairəsindədir.
Oxşar xəbərlər
"Kral klubu" “Qarabağ”ın potensial rəqibinə 55 milyon avro təklif etdi
Çempionlar Liqasının pley-offunda Azərbaycan təmsilçisi “Qarabağ”ın potensial rəqibi olan “Ayaks” daha bir aparıcı futbolçusunu itirə bilər.BAKU.WS xəbər verir...
