SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Superliqasında 1-ci tura yekun vurulub.

BAKU.WS xəbər verir ki, turun son matçında “Fənərbağça” öz meydanında “Qazişəhər”lə qarşılaşıb.

“Sarı-lacivərdlilər” rəqibini “qol yağışı”na tutub və matçdan 5:0 hesabı ilə qalib ayrılıb.

“Qalatasaray”, “Beşiktaş”, “Başakşəhər” kimi çempionluğa namizəd klubların məğlub olduğu turda “Fənərbağça” böyük hesabla qələbə qazanaraq liderliyi ələ keçirib. Bununla da “Fənərbağça” 123 həftə - yəni 4 mövsüm sonra liderliklə tanış olub. “Sarı-lacirvərdlilər” sonuncu dəfə 30 noyabr 2015-ci ildə 2015/2016 mövsümünün 13-cü həftəsində ilk pillədə olmuşdu.

“Fənərbağça” - “Qazişəhər” - 5:0
Qollar: Mozes, 6-pen. Muriç, 17. Əmrə, 24-pen. Dirar, 74. Kadioğlu, 88.
Penaltini qaçırdı: Mozes, 13
BAKU.WS
VİDEO