SİZİN REKLAM BURADA!
055 213 76 73


İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Speranta” oyunu başa çatıb.

BAKU.WS xəbər verir ki, “Bakcell Arena”da keçirilən “Neftçi”-“Speranta” cavab oyununda ilk qol on səkkizinci dəqiqədə vurulub. Paytaxt təmsilçisinin heyətində Vangelis Platellas qapıçının səhvindən sonra hesabı açıb – 1:0. Qarşılaşmanın 24-cü dəqiqəsində “Neftçi” komandası ikinci topu rəqibin qapısından keçirərək hesab arasındakı fərqi artırıb. Bu dəfə “Ağ-qaralar”ın heyətində Dario Frederikoya qarşı kobud oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Emin Mahmudov dəqiq yerinə yetirib - 2:0.

Bundan dörd dəqiqə sonra qapıçımız Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu küncə çıxarıb.

Oyunda daha bir qol 40-cı dəqiqədə vurulub. Vangelis Platellas özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Bundan iki dəqiqə sonra Vangelis Platellasın gözəl ötürməsindən sonra Dario Frederiko uzaq küncü dəqiq nişan alaraq fərqlənib – 4:0. Birinci hissə elə bu hesabla bitib.

İkinci hissədə də “Neftçi” komandası yenidən hesabda fərqlənib. Görüşün 67-ci dəqiqəsində Stiven-Jozef Monroz komandasının beşinci qolunu vurub. Meydana 71-ci dəqiqədə daxil olan İsmayıl Zülfüqarlı cəmi 7 dəqiqə sonra fərqlənib. İ.Zülfüqarlı komanda yoldaşı Rəhman Hacıyevin ötürməsini dəqiq yerinə yetirərək görüşdə 6-cı qolu rəqibin qapısından keçirib. Beləliklə, “Neftçi” klubu doğma meydanda Moldovanın “Speranta” komandasını 6:0 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, Azərbaycanın Avropa Liqasındakı təmsilçisi rəqiblə səfərdə keçirilən ilk qarşılaşmadan sərfəli nəticə ilə qayıdıb. Kişineuda keçirilmiş ilk görüş Roberto Bordinin yetirmələrinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

“Ağ-qaralar” növbəti mərhələdə Avroliqanın debütantı Rusiyanın “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq.

19:49

“Neftçi” və Moldovanın “Sperantsa” komandalarının Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçı üçün start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, kollektivlər “Bakcell Arena”da baş tutacaq görüş üçün “11-lik”lərini təqdim ediblər:

"Neftçi": 1. Səlahət Ağayev (q), 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven-Jozef Monroz, 36. Mamadu Kane

Baş məşqçi: Roberto Bordin

"Sperantsa": 1. Denis Makoqonenko, 5. Mixail Bolun, 6. Nogueira Barbosa, 9. Ponce Ramirez, 11. Ambasso Eloundou, 15. Pula Perea, 22. Ştefan Efros, 31. İon Arabaci, 87. Ruslan Çelari, 93. Maksim Yurku

Baş məşqçi: Kristian Efros 

Qeyd edək ki, matç saat 21:00-da başlayacaq. “Neftçi” Moldovada keçirilən ilk oyunda 3:0 hesabı ilə qalib gəlib. 
BAKU.WS