Bakıda I Avropa Oyunlarının gümüş mükafatçısı erməni idmançı Qevorq Manukyan yarışda çıxışdan danışıb.
 
BAKU.WS-in məlumatına görə, boks üzrə kişilərdə 91 kq çəki dərəcəsində Ukraynanı təmsil edən erməni əsilli idmançı Avropa Oyunlarında qazandığı gümüş medalın karyerasının pik səviyyəsi oduğunu söyləyib. O bildirib ki, zədələndiyi üçün finala vəsiqəni təmin edə bilməyib. 

Azərbaycan prezidenti İlham Əliyevin mükafatlandırma mərasimi zamanı etdiyi jestdən də danışan erməni əsilli idmançı sözlərinə davam edib: "Vəziyyət neqativ deyildi. Döyüşə çıxdım, qışqırıqlara diqqət yetirmədim. Birinci döyüşdə məni Manunyak kimi elan etdilər. İkinci dəfə isə Manukiv deyə anons etdilər. Prezidentin məni şəxsən mükafatlandırması və tamaşaçını bir az sakitləşdirməsi mənim çox xoşuma gəldi. Mən qalib gələndə azərbaycanlılar çox sevinmirdilər", - deyə Qevorq Manukyan söyləyib. 
 
Dövlət başçısı İlham Əliyevin idman etikasını əks etdirən görüntünü oxucularımıza təqdim edirik. 
 
Şahin Həbibov
BAKU.WS